Revaksinasiyanın optimal tezliyi açıqlandı

9-02-2022, 09:32           
Revaksinasiyanın optimal tezliyi açıqlandı
Təkrar peyvənd yalnız 3-4 aydan sonra olar - çox tez-tez revaksinasiya, xüsusən də kişilərdə miokardit riskinin artmasına səbəb ola bilər.

Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Seçenov adına Birinci Dövlət Tibb Universitetinin kafedra müdiri, virusoloq Vitali Zverev revaksinasiyanın optimal tezliyi barədə danışarkən bildirib.

Mütəxəssis qeyd edib ki, belə məlumatları İsrailin statistikası da təsdiq edir.

“Nəzərə almaq lazımdır ki, alimlərin tövsiyə etdiyi interval qorunmasa, mənfi nəticələr ola bilər. Peyvəndlər üçün bu altı aydır. Ümumiyyətlə, 3-4 aydan sonra təkrar peyvənd etmək təhlükəsizdir, lakin daha tezi yox”, - deyə Zverev xəbərdarlıq edib.

Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyi peyvəndin üçüncü dozasından sonra miokardit riskinin olduğunu təsdiqləyib, lakin bunun olduqca nadir (hər 15 min nəfərə bir hal) olduğunu vurğulayıb. Bununla belə, nazirlik buster peyvəndin əsas peyvənddən dörd aydan tez vurulmamasını tövsiyə edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da analoji tövsiyələri verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru