Bədəninizin həddən artıq yorulmadan əziyyət çəkdiyini göstərən 8 ƏLAMƏT
9-02-2022, 11:28

Bir çox hallarda biz qəsdən yorulmuruq, Moderator.az xəbər verir ki, bu barədə dünyaca məşhur "Al Jazeera" saytı yazıb. Amma bu baş verdikdə, orqanizmə təsirsiz ötüşmür, həm psixoloji, həm də fiziki sağlamlığa ziyan vurulur.
Məqalə müəllifləri həyəcan doğuran əlamətləri sadalayıb, onlar baş verdikdə dayanmaq və bədənə ustirahət vermək lazımdır.
Həddən artıq müntəzəm yüklənmələr yorulmaya gətirib çıxarır, bu isə fiziki və psixiki sağlamlığa neqativ təsir edir.
Həddən artıq yorulmanın əlamətləri hansılardır?
Bir çox hallarda biz qəsdən yorulmuruq. Biz özümüzü işdə yaxşı tərəfdən göstərmək istəyirik. Rəis əlavə işləməyi xahiş edəndə, biz razılaşırıq və bir neçə istirahət günlərimizdən vaz keçirik, yalnız sonradan anlayırıq ki, daha belə etmək olmaz.
Sizin bədəninizin həddən artıq yorulmasını göstərən 8 əlamət aşağıdakılardır:
1. Daimi yorğunluq hissi və yuxunun pozulması
Sizin iş qrafikiniz o qədər gərgin olur ki, normal yata bilmirsiniz və özünüzü viranə hiss edirsiniz. Amma bir neçə gecəni yatmamaq bir məsələdir, bu, adi hala çevriləndə isə pis əlamətdir.
2. İzahedilməyən baş ağrıları
Həddən artıq yorğunluq, stres, məyusluq və yüksək qan təzyiqi- bunlar həddən artıq yorulmaya məruz qaldıqda baş verir. Üstəlik, biz nə qədər çox fiziki streslərə məruz qalırıqsa, bir o qədər də baş ağrılarının baş vermə riski yüksəlir.
3. Mədənin arasıkəsilməyən spazmları
Daha bir həyəcanlı siqnal mədə ilə bağlı problemlərdir. Biz daimi olaraq həddən artıq yoruluruqsa və kifayət qədər istirahət etmiriksə, orqanizmimiz stres hormonlarının ifrazına reaksiya verərək, mədə pozuntusuna gətirib çıxarır.
4. Ürək döyüntülərinin tezliyi sakit vəziyyətdə normadan yüksəkdir
"Stres hormonları orqanizmin potensialını hərəkətə gətirir. Onlar, məsələn, ürək döyüntülərinin tezliyini artırır, bu isə periferik toxumalara daha çox qanın vurulmasına imkan verir", - Ohaho ştatı universiteti nəzdindəki Tibb mərkəzində idman təbabəti sahəsində mütəxəssis, doktor Maykl Conesko deyir.
6. Müntəzəm olmayan menstrual tsikl
Stresin daha bir əlaməti müntəzəm olmayan menstrual tsikldir. Bunun səbəbi ondadır ki, qadın kifayət qədər istirahət etmir, onun orqanizmi buna tez-tez müxtəlif funksiyaların azalması ilə reaksiya verir. Əgər sizdə aybaşılar stresə görə ləngiyibsə, bəzi dəyişikliklər etməyin zamanı yetişib.
6. Zəiflik hissi
Sertifikatı olan şəxsi məşqçi Kevin O'Konnel deyir ki, biz bədənimizi həddən artıq gərginliyə məruz qoyuruqsa, bərpa olunmağımız çətinləşir. Bəzən bizə əvvəllər yüngül olan əşyaları qaldırmaq çətin olur və yaxud istədiyimiz kimi hərəkət edə bilmirik.
7. Diqqəti cəmləşdirməkdə çətinliklər
"Beyin dumanı" həddən artıq yorulmanın daha bir əlamətidir. Bu zaman siz əvvəllər həllində heç bir problemlər olmayan məsələləri həll edə və ya diqqətinizi cəmləşdirə bilmirsinizsə, demək, həddən artıq yorulmusunuz.
8. Saçların tökülməsi
Stres hormonları insan orqanizminə müxtəlif cür təsir edir. Diqqəti cəlb edən əlamətlərdən biri də saçların tökülməsidir. Siz duşda və ya balışda çoxlu saç aşkar edə bilərsiniz, həmçinin görürsünüz ki, saçlarınız nazilir. Bu, ona işarədir ki, siz həyat tərzinizi dəyişməlisiniz.