Bakıda ən bahalı mənzillər olan 10 yaşayış kompleksi - SİYAHI

9-02-2022, 12:21           
Bakıda ən bahalı mənzillər olan 10 yaşayış kompleksi - SİYAHI
Bakıda mənzillərin bahalaşması bahalı mənzillərin qiymətinə də təsirini göstərir.

"VECON CONSULTING" qiymətləndirmə şirkətindən verilən məlumata görə, son 2 il ərzində Bakıda ən bahalı mənzilləri olan 10 yaşayış kompleksinin əksəriyyətində qiymətlər artıb. Söhbət kvadratmetrinin qiyməti 4 min manatdan başlayan yaşayış komplekslərindən gedir.

Bu dövrdə ən böyük qiymət artımı Bakının Nərimanov rayonunda yerləşən iki məşhur kompleksdə – «Roseville»də (qiymət artımı 27%) və «Şəhər bağları»nda (23,3%), eləcə də «8 Noyabr» prospektində yerləşən «Azure Residence» kompleksində (23%) qeydə alınıb.

Bir kompleksdə – «Gumush Residence»də isə qiymətlər son iki ildə 10% azalıb.

Hazırda Bakıda ən bahalı mənzillər olan yaşayış kompleksi şəhərin mərkəzində yerləşən «Hilton» hotelindədir, hotelin bir hissəsi rezidensiya kimi istifadə olunur, yəni yaşayış mənzilləridir. Buradakı mənzillərin 1 kvadratmetri üçün qiymətlər 7000 manatdan başlayır. Qiymətlərin yüksəkliyinə görə, sonrakı yeri «Port Baku» yaşayış kompleksi tutur – 6000 manat.

Üzeyiir Hacıbəyov küçəsindəki «Azinko» (Ferrari) yaşayış kompleksində və «Azure Residence»də isə qiymətlər 4000 manatdan başlayır

Siyahıda mənzil qiymətlərinin ən aşağı olduğu kompleks « Tac Residence »dir. Zərifə Əliyeva küçəsindəki kompleksdə qiymətlər kvadratmetr üçün 3700 manatdan başlayır./fed.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru