NƏCMƏDDİN SADIKOV HARADADIR? - "İnanmıram ki, bu qədər məlumatlı şəxsin..."

9-02-2022, 19:18           
NƏCMƏDDİN SADIKOV HARADADIR? -
Barəsində Vətənə xəyanət ittihamları səsləndirilən sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov 2020-ci ilin oktyabr ayından ictimaiyyət arasına çıxmır.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin ilk həftəsində vəzifədən kənarlaşdırıldığı bildirilən general-polkovniklə bağlı məlumat yalnız ötən ilin yanvar ayının 28-də təsdiqləndi. Həmin tarixdə Prezident İlham Əliyevin onu Müdafiə nazirinin birinci müavini və Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı oxundu.

Ötən bir il ərzində N.Sadkıov haqqında mediada, sosial şəbəklərdə müxtəlif məlumatlar yayıldı, onun ölkədən qaçdığı, ev dustağı edildiyi, barəsində xidməti araşdırma aparıldığı bildirilsə də rəsmi qurumlar bu barədə hər hansı informasiya yaymadı. Keçmiş birinci müavin də susqunluğunu qorudu.

Bu günlərdə Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyevin I Qarabağ müharibəsi zamanı planlaşdırılan “Çeildağ” əməliyyatının N.Sadıkov tərəfindən düşmənə satılması, nəticədə 82 hərbçimizin pusquya salınaraq qətlə yetirilməsi barədə açıqlmasına da hələ ki, hüquq mühafizə orqanlarından reaksiya yoxdur.

Yerli saytlardan biri bu barədə dövlətə xəyanətdə ittiham olunan general-polkovniki danışdırmağa çalışsa da, N.Sadkov heç nə deməyib: "Mən hal-hazırda çox məşğulam. Haqqımda yazılanları oxumuşam, xəbərim var. Hazırda bu barədə danışa bilmirəm. Üzr istəyirəm, məni narahat etməyin!”

Əslində N.Sadkova qarşı həm I Qarabağ müharibəsi, həm də ümumiyyətlə bütün xidməti fəaliyyət dövrü ilə bağlı cəmiyyətdə çox ciddi suallar, şübhələr var. Onları araşdırmaq üçün hüquq mühafizə orqanları keçmiş Baş Qərargah rəisini yəqin ki, çox narahat eləməli olacaqlar.

Bir məqamı da qeyd edək ki, Nəcməddin Sadıkovun il yarımdır görünməməsi onun ölkədən qaçıb Rusiyaya sığındığı barədə iddialara yol açıb.

Teref.az-ın məlumatına görə, hərbi eskpert Ədalət Verdiyev "AzPolitika.info"ya bu iddiaları şərh edərkən deyib ki, general-polkovnikin ölkədən getməsini inandırıcı saymır: "Onun harada olduğu kimsəyə məlum deyil. Amma inanmıram ki, N.Sadıkov kimi məlumatlı bir şəxsin ölkədən getməsinə icazə verilsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru