Dəniz səviyyəsinin qalxması ilə sənaye inqilabı arasında əlaqə müəyyən edildi

23-02-2022, 09:38           
Dəniz səviyyəsinin qalxması ilə sənaye inqilabı arasında əlaqə müəyyən edildi
Beynəlxalq alimlər qrupu iqlim dəyişikliyi ilə bağlı dəniz səviyyəsinin hazırkı yüksəliş sürətinin sənaye inqilablarının başlanmasından qısa müddət sonra ortaya çıxdığını müəyyən edib.

Bu barədə “Nature Communications” jurnalında dərc olunan məqalədə deyilir.

Mütəxəssislər son iki minillikdə dünya üzrə dəniz səviyyəsinin tarixi məlumatlarını təhlil ediblər və onun yüksəlişinin hələ 1863-cü ildə başladığını aşkar ediblər. Onların sözlərinə görə, ABŞ-ın orta Atlantik bölgəsində istiləşmə əlamətləri 19-cu əsrin sonlarında, Kanada və Avropada isə 20-ci əsrin ortalarında meydana çıxıb.

1940-cı ildən 2000-ci ilə qədər qlobal dəniz səviyyəsinin qalxma sürəti isə son iki min il ərzində ən yüksək olub. Tədqiqat müəlliflərinin fikrincə, bu fakt qlobal istiləşmənin planetin təbii ekosisteminə əhəmiyyətli təsirini nümayiş etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru