Pandemiya başa çatır? - Koronavirusla bağlı vəziyyət dəyişir

23-02-2022, 12:27           
Pandemiya başa çatır? -
"Yoluxma sayının azalması təbii bir qanunauyğunluqdur, istənilən bir epidemik alovlanma müəyyən bir dövr keçdikdən sonra sönməlidir. Digər bir tərəfdən, çox sürətlə yayılan Omikron çox yoluxma halları yaradaraq, vaksinasiya ilə yanaşı olaraq kütləvi immunizasiyaya daha da təkan vermiş oldu".

Bunu Milli.Az-a açıqlamasında həkim mütəxəssis Könül İsmayılova deyib.

O bildirib ki, mütəxəssislərin etdiyi açıqlamalar pandemiyanın bitməyə doğru getdiyi ümidlərini artırır:

"Dünya ekspertlərinin fikrincə, Omikron ştamının klinik-epidemioloji xüsusiyyətləri pandemiyanın artıq başa çata biləcəyi ehtimalına əsas verə bilər.

ÜST açıqlamasına gəldikdə isə, qeyd etmək istəyirəm ki, yer kürəsində olan bütün canlılar aləmi müxtəlif elmlər vasitəsilə öyrənilir, və bir təsnifat sistemində cəmləşdirilir. Bu, viruslara da aiddir, onlar da identifikasiya olunurlar və xəstəlik törətmə qabiliyyətləri-patogenliyi mikrobioloqlar tərəfindən araşdırılır və diqqətdə saxlanılır. Bir az öncə COVİD 19-un "myu" ştamı ilə bağlı da narahatlıqlar, xəbərlərin sosial şəbəkələrdə yayılmasının şahidi olduq. Lakin bu ştam ÜST-ün "narahatlıq doğuran viruslar" siyahısına salınıb.

Gələcək dövrlərdə infeksion xəstəliklərin təhlükəli şəkil alaraq, epidemiyaya çevrilməsinin baş verməməsi üçün, bu illər COVİD 19-la bağlı mübarizədə qəbul edilmiş strategiya və tədbirlərdən müəyyən bir elmi nəticələr əldə etmək olar. Bu isə öz növbəsində düzgün infeksion nəzarətin təşkilində və ölkələrin epidemioloji hazırlığında faydalı ola bilər".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli ştamının yarana biləcəyi barədə xəbərdarlıq edib.

Təhməz Əsədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.