Elektron siqaretin ürəyə mənfi təsiri üzə çıxıb – ARAŞDIRMA

23-02-2022, 12:15           
Elektron siqaretin ürəyə mənfi təsiri üzə çıxıb – ARAŞDIRMA
ABŞ alimləri siqaretin erkək siçanların ürək-damar sisteminə mənfi təsirini aşkar ediblər.

Tədqiqatı ABŞ-ın Ohayo Dövlət Universiteti Tibb Kollecinin tədqiqatçıları aparıb. Bunun üçün alimlər laboratoriya siçanlarını vape aerozoluna – qliserin və nikotinin qarışığına batırıb, sonra isə sınaq subyektlərinin orqanizminə təsirini müşahidə ediblər. Testin əvvəlində siçanların yaşı 12 yaşlı uşağa uyğun olub və təcrübənin sonunda siçanlar 30 yaş həddində orqanizmaya sahib olublar. Məlum olub ki, siqaretin zərərləri yalnız erkek siçanların orqanizmində özünü büruzə verib, dişilərə isə ciddi təsir göstərməyib. Bundan əlavə, bioloqlar siçanlarda nikotinin emalından məsul olan “CYP2A5” səviyyəsinin yüksəldiyini aşkar ediblər.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında amerikalı tədqiqatçılar elektron siqaretlərin tərkibində istehsalçılar tərəfindən iddia edilməyən mindən çox naməlum maddə və kimyəvi birləşmələr müəyyən etmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru