Azərbaycanla Rusiya arasında quru sərhəd açılır? – AÇIQLAMA

25-02-2022, 00:07           
Azərbaycanla Rusiya arasında quru sərhəd açılır? – AÇIQLAMA
Sosial şəbəkələrdə Azərbaycanla Rusiya arasında quru sərhədlərin açılması ilə bağlı görüntülər yayılıb.

Videogörüntülərdə “Samur” sərhəd keçid məntəqəsindən vətəndaşların rahat şəkildə keçərək Azərbaycana və qarşı tərəfə hərəkət etdiyi görünür.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-in sorğusuna cavab olaraq bildirib ki, quru sərhədlərin açılması ilə bağlı məlumat yoxdur.

“Bu barədə heç nə bilmirəm. Məndə bu barədə məlumat yoxdur”, – deyə İ.Məmmədov bildirib.

Xatırladaq ki, Azərbaycan və Rusiya Federasiyası arasında quru sərhədlər 31 mart 2020-ci il tarixindən etibarən bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru