Alimlərin yeni kəşfi: Yer şüurlu varlıq ola bilər

26-02-2022, 16:54           
Alimlərin yeni kəşfi:
Yer planeti şüurlu varlıq ola bilər.

Belə bir fərziyyəni Roçester Universitetinin (Nyu-York, ABŞ) astrofizikləri irəli sürüblər.

Onlar planetdə Yer kürəsinin şəxsiyyət xüsusiyyətlərinə malik olduğunu göstərən əlamətlər tapıblar.

Alimlər öz iddialarının əsası kimi hələ 1970-ci ildə britaniyalı klimatoloq Ceyms Lavlok və amerikalı mikrobioloq Lin Marqulis tərəfindən irəli sürülən Qeya hipotezini xatırladıblar. Bu fərziyyəyə görə, Yer fizioloji sistemdir və planetdəki bütün həyat özünütənzimləmə mexanizminə malik nəhəng superorqanizm olan Qeyanı əmələ gətirir.

Roçester Universitetinin astrofiziklərinin fikrincə, bu fövqəlorqanizmin də şüuru var.

Mütəxəssislərin fikrincə, indi planetar intellektin nə olduğunu və onun dünya üçün nə qədər əhəmiyyət kəsb etdiyini öyrənmək vacibdir.(oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.