Qəhvə içdikdən sonra belə rahat yuxuya getmək istəyirsinizsə, sizə hansı tərəvəz kömək edə bilər?

27-02-2022, 11:24           
Qəhvə içdikdən sonra belə rahat yuxuya getmək istəyirsinizsə, sizə hansı tərəvəz kömək edə bilər?
Hətta qəhvə içdikdən sonra belə rahat yuxuya getmək istəyənlər üçün faydalı olacaq tərəvəz açıqlanıb.

Bu barədə amerikalı psixoloq Maykl Breus bildirib.

O qeyd edib ki, brokoli bu içkini daha tez həzm etməyə kömək edir.

Psixoloq qeyd edib ki, qəhvənin təsir müddəti altı-səkkiz saatdır. Yəni, bu içkini günorta ikidə içsəniz, bədən yalnız axşam ona qədər qəhvənin yarısını çıxarmağa vaxt tapacaq. Məhz buna görə mütəxəssislər yatmazdan əvvəl kofe içməyi məsləhət görmürlər.

“Əgər gecə gec saatlarda kofein qəbul etsəniz, brokoli onu daha tez həzm etməyə kömək edəcək”, - deyə Breus tövsiyə edib.

O, araşdırmalara görə, brokolinin “sitoxrom P450” fermentlərinin ifrazını stimullaşdırdığını bildirib.

Mənbə: “Mind Body Green”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru