“Çeçənlər Ukraynaya hücum etməzdən əvvəl namaz qılıblar, görəsən, Allahlarından nə istəyiblər?”

27-02-2022, 13:56           
“Çeçənlər Ukraynaya hücum etməzdən əvvəl namaz qılıblar, görəsən, Allahlarından nə istəyiblər?”
“Rusiya tarixi boyu heç vaxt indiki qədər tək olmayıb. İndi xalq da müharibə zamanı rəhbəri dəstəkləmir. Çeçenlər istisna olmaqla, döyüşçülər də istəksiz görünür. Rus döyüşçülər hücum etməmələri üçün tankların yanacağını boşaltdığı deyilir. İndi Putin o qədər təkdir ki, ona "səninləyik" deyənlər də əslində onunla deyil. Müttəfiq olan ölkələr və onun rəhbərliyi də Putinin sındırılmasını arzulayır. Çünki müttəfiq olanların 90%-i rusdan kömək almaq üçün yox, Putinin özündən qorunmaq üçün onunla müttəfiq olurdular”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

E.Əmirov qeyd edib ki, hazırda vəziyyət başqadır: “Ona görə İran, Suriya və bir neçə Amerika qitəsi ölkələri istisna olmaqla, hamı Rusiyanın məğlub olmasını istəyir. Çünki ölkələr və rəhbərləri Putinin hədə-qorxularından beziblər. Hamı bezib. İran, Suriya və bir neçə Amerika qitəsi ölkələri isə ona görə Rusiyanın məğlub olmasını istəmir ki, Rusiyadan sonra ABŞ onları "tumarlayacaq". “Qüdrətli Ordu" mifi darmadağın olur. Azərbaycanın 44 gündə verdiyi itkidən daha çoxunu Rusiya 3 gündə verdi (4000 ölü). Bu mifi yaradan əsas səbəb ll Dünya müharibəsi idi. Amma həmin qələbədə müttəfiq orduları və SSRİ tərkibindəki respublikaları, o cümlədən Bakı neftini və s. Çıxsaq, qələbədə Rusiyanın payı 5-7 faiz qalır. Stalinin belə rus olmadığını nəzərə alsaq, əsl mənzərə tam aydındır. Onların bacardığı 90-cı ildə Bakını, 92-ci ildə Xocalını qana bulamaq idi. Həmin illərdə isə Azərbaycan bugünkü Azərbaycan deyildi. Bu gün biz başqa bizik. Rusiya 42 milyonluq ukraynalını əsir götürüb, Kiyevdə rus kartofu əksə belə, o yenə məğlubdur. Dövr monqolların dövrü deyil. Sanksiyalar Rusiyanın dizlərini qatlayacaq. Şounun ikinci hissəsi Rusiyanın daxilində olacaq. Sabah bazar ertəsidir. Birjalar fəaliyyətə başlayan kimi rublun dəyəri tarixində olmadığı qədər ucuzlaşmağa başlayacaq. Hamı rubl satan olacaq. Satan çox, alan yox... Milyardlar itirən milyarderlər və ciddi iqtisadi problemlər yaşamağa başlayan xalq özü Putindən hesabat istəyəcək. Rusiya rəhbərliyi sanksiyaların bu qədər əhatəli olacağını gözləmirdi. Əvvəlki müsahibələrimin bir neçəsində də qeyd etmişdim ki, Qərb sanksiya siyahısını elan edərək Rusiyanı qorxutmaq istəmirdi. Qərb bu müharibəni istəyirdi. İstəyirdi ki, Rusiyanı bataqlığa salıb orda məhv eləsin. Düşündüyümüz kimi də oldu, əvvəl deyilənlərdən 10 dəfə artıq sanksiyalar görürük. Bu sanksiyakar qarşıdakı günlərdə artacaq. Gələn həftə şou Rusiyanın daxilində olacaq. Məni ən çox düşündürən, amma cavab tapa bilmədiyim bir sualı vermək istəyirəm. Bəlkə kimsə cavabını bilir. Deməli, çeçənlərin Ukraynaya hücum etməzdən əvvəl namaz qıldıqları şəkil vardı. Görəsən onlar bu namazda öz Allahlarından nə istəyirlər: - İlahi, sən bizə günahsız anaları gözü yaşlı qoymağı nəsib et, yoxsa Uca Allah bizə güc ver, özgə yurda girib körpələri, uşaqları öldürək?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.