Əslində Rusiya+Belarus-Ukrayna müharibəsi bitib...

28-02-2022, 09:09           
Əslində Rusiya+Belarus-Ukrayna müharibəsi bitib...
Əslində Rusiya+Belarus-Ukrayna müharibəsi bitib. Niyə belə hesab edirəm? Çünki Qərb Ukraynanın müdafiəsi üçün Rusiyaya qarşı möhtəşəm şəkildə birləşib. Əvvəllər bu, mümkünsüz görünürdü. Çünki Qərb ölkələri arasında, xüsusən Rusiyaya münasibətdə ciddi fikir ayrılığı vardı. Ziddiyyətlərlə dolu mərhələ arxada qalıb...
Rusiya Ukrayna müharibəsində Ukraynanın beyin mərkəzi artıq Qərbin, yəni NATO-nun əlindədir. Fakt budur ki, Ukraynanın yanında yer alan Qərbin hərbi düşüncə mərkəzi prosesləri idarə edir. Qərbin bütün kəşfiyyat orqanları ayaqdadır.
44 günlük müharibə zamanı Türkiyə Azərbaycanda bu funksiyanı öz üzərinə götürmüşdü. O vaxt Ermənistana dəstək verən Rusiya Türkiyənin idərəçiliyində olan bu beyin mərkəzi ilə bacarmadı. Yəni Türkiyənin hərbi bacarığı, intellekti deyək, Rusiyanı kölgədə qoydu. Düşünün ki, indi söhbət Türkiyənin də daxil olduğu NATO-nun beyin mərkəzindən-yəni hərbi prosesləri idarə edən İntellektdən gedir...
Rusiya bu İntellektin qarşısında yalnız diz çökə bilər. Bunun başqa variantı yoxdur...
Öncəki statuslarımda qeyd etdiyim kimi, Putin mütləq getməlidir. O da aydındır ki, Putin gedəndən sonra Lukaşenko hakimiyyətdə bir saat da qala bilməz. Onların gedişi eyni vaxtda olacaq. Sonra isə... sonrası da olacaq. Özü də mütləq. Diktatorların yarpaq tökümü qaçılmazdı...
Elbeyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.