Koronavirus allergiya xəstələri üçün nə dərəcədə təhlükəlidir?

28-02-2022, 10:27           
Koronavirus allergiya xəstələri üçün nə dərəcədə təhlükəlidir?
Rusiyalı immunoloq-allerqoloq və ali kateqoriyalı həkim, tibb elmləri namizədi Nadejda Logina bildirib ki, allergiya xəstələri koronavirusun təhlükəli nəticələri ilə üzləşə bilərlər.

O, xəbərdarlıq edib ki, koronavirusdan sağalanlarda, uzun bərpa prosesindən sonra da, allergiyanın şiddətlənmə riski var.

“Mən bunu pasiyentlərimdə müşahidə edirəm. Tutaq ki, 15 il ərzində allergik xəstəliklərdə kəskinləşmə olmayıb, lakin koronavirusdan sonra xəstəlik yenidən baş qaldırıb”, - deyə Logina izah edib.

İmmunoloq əlavə edib ki, kəskinləşmə istənilən vaxt, hətta digər virus xəstəlikləri zamanı da baş verə bilər. Onun sözlərinə görə, istənilən infeksiya köhnə xroniki prosesləri şiddətləndirə bilər.

Mənbə: ren.tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru