"Rusiya elitasının da müharibəyə etirazı Putinin qara günlərinin başlanmasındam xəbər verir"

28-02-2022, 11:40           
"Rusiya elitasının da müharibəyə etirazı Putinin qara günlərinin başlanmasındam xəbər verir"
Təcavüzkar Rusiyanın və artıq hərbi-siyasi tələyə düşmüş avantürist V.Putininin Ukraynada nəyə isə nail olacağı mümkünsüz görünür. Səbəblər göz qabağındadır.

Əvvəla, Ukrayna ordusu əla vuruşur, xalq misilsiz bir dirəniş göstərir, ölkədə yüksək döyüş ruhu var. İkincisi, Ukraynanın müdafiə əməliyyatlarında fərqli hərbi düşüncə müşahidə olunur. Deməli, NATO təlimçilərinin zəhməti hədər getməyib. Üçüncüsü, Qərb dövlətləri Rusiyaya qarşı sıx birləşiblər və sinxron addımlar atırlar. Rus iqtisadiyyatını çökdürəcək effektli sanksiyalarla yanaşı indi Ukraynaya silah-sursat yardımı da gündəmdədir.

Və nəhayət, bütün dünyada Rusiya təcavüzü əleyhinə etirazların genişlənməsi Moskva üçün ciddi psixoloji və informasiya gərginliyi yaradır. Belə etirazların Rusiyanın özündə də çoxalması və ölkə elitasının da müharibəyə etirazı Putinin qara günlərinin başlanmasındam xəbər verir…
YAŞASIN SUVEREN UKRAYNA, YAŞASIN QƏHRƏMAN UKRAYNA XALQI!

Qulu Məhərrəmli //moderator.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru