Rusiya ordusu bir gecədə Ukraynada 5 qırıcı itirib - TƏFƏRRÜAT

1-03-2022, 09:07           
Rusiya ordusu bir gecədə Ukraynada 5 qırıcı itirib - TƏFƏRRÜAT
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən sutka ərzində Rusiyanın 5 qırıcısını, zirehli texnika kalonunu, yanacaq olan bir kolonu, hava hücumundan müdafiə sistemini, bir helikopterini məhv edib, qanadlı raketi vurub. DİA.AZ “Report”a istinadla xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin komandanlığı sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunur ki, Rusiya qoşunları aviazərbələr, zenit-raket qüvvələri və HHQ-nin hücum pilotsuz təyyarələri nəticəsində xeyli itki verib.

Bildirilib ki, Vasilkov və Brovarı şəhərinə hücum edən iki rus təyyarəsi ukraynalı pilotlar tərəfindın vurulub. Daha üç qırıcı isə S-300 zenit-raket bölmələri tərəfindən məhv edilib. Kiyev yaxınlığında “Buk M-1” zenit-raket kompleksi qanadlı raketi və helikopteri vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru