Rusiya Ukrayna hava məkanına nəzarəti ələ keçirə bilməyib - Britaniya kəşfiyyatı

1-03-2022, 12:54           
Rusiya Ukrayna hava məkanına nəzarəti ələ keçirə bilməyib - Britaniya kəşfiyyatı
Rusiya Ukrayna hava məkanına nəzarəti ələ keçirə bilməyib. DİA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri son 24 saat ərzində Kiyevə doğru az irəliləyiş əldə edib, bu da ehtimal olunur ki, davamlı logistik çətinliklərlə bağlıdır.

“Rusiya qüvvələri Kiyevin şimalında və Xarkov və Çerniqov ətraflarında artilleriyadan istifadəni artırıb. Əhalinin sıx məskunlaşdığı şəhər ərazilərində ağır artilleriyadan istifadə mülki əhalinin tələfat riskini xeyli artırır”, - kəşfiyyat xidmətinin məlumatında vurğulanıb.

Qeyd olunub ki, Rusiya Ukrayna üzərindəki hava məkanına nəzarəti ələ keçirə bilməyib və öz itkilərini azaltmaq üçün gecə növbəli əməliyyatlara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.