Rusiya silah bazarından çıxarılır? - AÇIQLAMA

1-03-2022, 18:20           
Rusiya silah bazarından çıxarılır? - AÇIQLAMA
Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar davam edir.

Rus əsgərlərinin Ukrayna Ordusu qarşısında gözləmədikləri bir müqavimət ilə qarşılaşdıqlarını desək, yanılmarıq.

Belə ki, Ukrayna Ordusu tərəfindən yüzlərlə rus hərbi texnikalar vurulmağa davam edir. Hətta Ukrayna mediasında yer alan məlumatlara əsasən, 6 gündür davam edən müharibədə Rusiyaya məxsus 29 təyyarə, 29 helikopter, 198 tank, 846 piyadanın döyüş maşını, 77 artilleriya batareyası, 7 hava hücumundan müdafiə sistemi, 3 PUA və 305 avtomobil məhv edilib.

Ümumiyyətlə, Ukrayna müharibəsi Rusiyanın silah bazarındakı yerini itirməsinə səbəb ola bilər?

Hərbi ekspert Ruslan İmamquliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukrayna müharibəsi Rusiyanın müdafiə sənayesinə və silah satışına təsir edəcək:

"44 günlük Vətən müharibəsindən sonra Ermənistanın arsenalında olan rus silahları özünü doğrultmadı. Bu gün Ukraynadakı davam edən hərbi əməliyyatların nəticəsindən asılı olmayaraq, mütləq Rusiyanın silah arsenalını və müdafiə sənayesini dünya bazarına çıxış imkanlarını məhdudlaşdıracaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru