Çeçen analardan “Heyif uşaqlarımızdan” üsyanı – Məhv olmuş 300 “kadırovçu” VİDEO
2-03-2022, 00:02
Bildiyiniz kimi , qəzəbli çıxışlarla Rusiyaya hərtərəfli dəstək nümayiş etdirən Çeçenistan lideri Ramzan Kadlırovun artıq Ukraynaya və Ukrayna xalqına qarşı döyüşmək istəmir. Yeni müraciətlə çıxış edən və Ukrayna xalqına qarşı vuruşmaq istəmədiyini deyən Kadırovun birdən-birə bu qədər dəyişməsi sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olmuşdu.Bütün dünya bu dəyişikliyə təəccübünü bildirmişdi və hər kəs o “dəyişim”in səbəbini axtarmağa başlamışdı.
Səbəb artıq aydın oldu
Adalet.az müxtəlif teleqram kanallarının paylaşdığı xəbərlərə istinadən bildirir ki, Kadırova məxsus Donbasda qondarma Donetsk Xalq Respublikasının tərkibində döyüşən çeçen xüsusi təyinatlılarından ibarət "Ölüm batalyonu" nun kifayət qədər üzvü Ukraynada öldürülüb. Rusiya ordusunun işğal planına yardımçı olmağa gedən həmin döyüşçülərin meyitləri hazırda Belorus morqundadır. Məlumatlarda deyilir ki, sayı 300 olan batalyonun artıq 7-8 üzvü sağ qalıb.
Kanalların bildirdiyinə görə morqda olan cəsədlərin sahibləri, xüsusən analar övladlarının ölümünə etiraz ediblər. Onların səs yazısı da kanallarda yayımlanıb: “Çoxlu sayda uşaqlarımız ölüb, əlləri yox, üzləri tanınmır. Meyitlərin sayı respublika sakinlərini şoka salmasın deyə cəsədlər Belarusa göndərilir. Heyif uşaqlarımızdan… Bizə bu müharibə lazım deyildi… Bizi hər iki müharibədə qırdılar…”
Qeyd edək ki, təkcə 1994-1996-cı illərdə baş verən rus-çeçen müharibəsində rus ordusu 18 min çeçen döyüşçü, 100 minə yaxın dinc sakini məhv etmişdi. Ümumilikdə isə 1990-2000-ci illərdə Birinci və İkinci Çeçen müharibəsində ən azı 60.000 çeçenin öldürüldüyü deyilirdi. Bu rəqəmlərin dahaböyük olduğunu isə Çeçenistanın müvəqqəti parlamentinin başçısı Taus Cabrailov dilə gətirmişdi. O, söyləmişdi ki, bu iki müharibədə 150.000 və ya 160.000 insan öldürülüb.
Əntiqə Rəşid