Neftsiz ixracın lider məhsulları

4-03-2022, 00:02           
Neftsiz ixracın lider məhsulları
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, 2022-ci ilin yanvarında Azərbaycandan 232,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub, ixracda 2021-ci ilin ilk ayına nəzərən 59% artım qeydə alınıb.

İxrac edilən qeyri-neft sektoru mallarının siyahısında pambıq mahlıcı 22,2 milyon dollarla birinci, xurma 17,1 milyon dollarla ikinci, meşə fındığı 15,9 milyon dollarla üçüncü yerdə göstərilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, yanvarda Rusiyaya 71, Türkiyəyə 70,6, Gürcüstana 14,4, İtaliyaya 10,9, İsveçrəyə 7,6, Çinə 6,5, Niderlanda 5,3, Rumıniyaya 4,1, ABŞ-a 4, Türkmənistana 3,9, Almaniyaya 3,4, Özbəkistana 3,2, Ukraynaya 3 milyon dollar dəyərində qeyri-neft ixracı rəsmiləşib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.