Havadan su əldə edən texnologiya nümayiş olunub

4-03-2022, 10:42           
Havadan su əldə edən texnologiya nümayiş olunub
Çin və Səudiyyə Ərəbistanı alimləri günəş panelləri üçün quru səhra havasından su çıxarmağa imkan verən xüsusi hidrogel örtük yaradıblar.

Mütəxəssislər bu sistemi quraq iqlimi olan bölgələrdə yaşayan insanların su problemini yaxşılaşdırmaq üçün ucuz vasitə adlandırıblar.

Tədqiqatçılar havadakı sudan istifadə edərək, iki həftə ərzində Səudiyyə Ərəbistanında 60 ispanaq toxumundan 57-ni yetişdirə biliblər.

Ekspertlərin fikrincə, bu sistem səhralarda və ya okean adalarında kiçik təsərrüfatlar yaratmaq üçün faydalı olacaq.

Mənbə: ren.tv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru