“Onun tərkibində tərəvəzə xarakterik acılıq verən efir yağları var.
Həmçinin, turpun tərkibində bakteriyaları öldürən fitonsidlər də var ki, onu antibiotik edən də məhz budur”, - deyə Tixomirova bildirib.
Həkimin sözlərinə görə, turp nə qədər acı olsa, bir o qədər də faydalıdır. Bu isə o deməkdir ki, qara turp öz xüsusiyyətlərinə görə qırmızıdan daha üstündür.
Terapevt onu da vurğulayıb ki, turpun tərkibində dəri üçün faydalı olan C vitamininin gündəlik dozasının üçdə biri var.
Bununla yanaşı, turp bütün orqanlara kapilyar qan tədarükü üçün də faydalıdır.