Ukraynada Rusiya tanklarına divan tutulur - FOTO

4-03-2022, 11:35           
Ukraynada Rusiya tanklarına divan tutulur - FOTO
Ukraynada Rusiya Silahlı Qüvvələrinin zirehli-tank birləşmələri son iki sutkada çox ağır itkilər veriblər.

Milli.Az bildirir ki, Rusiyanın Ukraynaya yeritdiyi hərbi birləşmələrdə say etibarilə ən "populyar" olan T-72B3, T-90A, T-90SA və T-90M tanklarını ukraynalı hərbçilər Ukrayna istehsalı olan "RK-3 Korsar ATGM" tank əleyhinə raket kompleksi və ABŞ istehsalı olan "FGM-148 Javelin" zenit-raket kompleksi ilə asanlıqla vuraraq sıradan çıxarırlar.

Hazırda ən ağır, şiddətli döyüşlərin getdiyi Kiyev və Xarkov vilayətlərində son sutkada Rusiyanın 40 tankı vurulub.

Bu gün səhər saatlarından etibarən Rusiyanın zirehli-tank birləşmələri yerdəyişmələr edərək müvəqəti dislokasiya və cəmləşmə yerlərini dəyişiblər, yeni mövqelər tutmağa çalışıblar.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru