Sürücülərin DİQQƏTİNƏ - Avtomobildən katalizatorun çıxarıldığını... - VİDEO

4-03-2022, 11:11           
Sürücülərin DİQQƏTİNƏ - Avtomobildən katalizatorun çıxarıldığını... - VİDEO
Avtomobil alarkən bir çoxumuz daha çox xarici görünüşə,mühərrikin saz olmasına və asan ayırd edilə bilən digər detallara diqqət edirik. Ancaq bəzi detallar var ki, onları alqı-satqı zamanı yoxlamaq elə də asan deyil. Bununçün mütləq ustaya müraciət etməlisən. Beləhissələrdən biri də katalizator kimi tanıdığımız katalitik neytrallaşdırıcıdır. Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, avtomobillər ölkəyə idxal olunarkən işbazlar nəqliyyat vasitəsindən həmin detalı götürürlər. Alıcı isə bunu yalnız maşında yaranan hansısa bir problemdən sonra anlayır.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, ustanın sözlərinə görə, katalitik neytrallaşdırıcının çıxarılması həm də avtomobildə ciddi nasazlıqlara səbbə olur.

İşbazların belə fırıldaqçılığından əziyyət çəkən sürücülər də az deyil.

Yol hərəkətiüzrə ekspert Ərşad Hüseynov deyir ki, avtomobillərdənkatalitik neytrallaşdırıcının çıxarılmasına görə qanunvericilikdə cərimə nəzərdə tutulmur. Ancaqməhz bu detalın yoxluğu səbəbindən mühərrikdən çıxan işlənmiş qazların tərkibi normativlərdən yuxarı olarsa, həmin sürücü 50 azn məbləğində cərimə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru