Rusların Kadırovuna qarşı ukraynalıların Osmayevi: Hər ikisi çeçendir...

14-03-2022, 18:15           
Rusların Kadırovuna qarşı ukraynalıların Osmayevi: Hər ikisi çeçendir...
Ukraynada gedən müharibədə Rusiya cinahında çeçen Kadırovun silahlıları, Ukrayna tərəfində isə Rusiya əleyhinə çeçen qoşunları döyüşür.

Hər iki tərəf cəbhədə bir-birinə qalib gəlməyə çalışarkən Ukrayna uğrunda döyüşən çeçenlərin lideri Adam Osmayev həyat yoldaşının rus ordusu tərəfindən öldürüldüyünü xatırladıb.

O, “Ukrayna uğrunda döyüşmüşük və sona qədər də mübarizə aparacağıq”,- deyib.

Cebhe.info xəbər verir ki, Rusiyanın Ukraynaya hücumunun 19-cu günüdür və iki tərəf arasında şiddətli toqquşma davam edir. Ukrayna ordusu və xalqı kişi, qadın, gənc, yaşlı, ümumiyyətlə, yaşından və cinsindən asılı asılı olmayaraq rus işğalına qarşı mübarizə aparır. Digər tərəfdən, müqavimətə qatılan xarici qruplar da son günlər əhəmiyyətli rol oynamağa başlayıblar. Türkiyə mətbuatının yazdığına görə, bu qruplar arasında ən çox diqqət çəkənləri Ukraynada döyüşən çeçenlərdir:

Rusiyaya qarşı 2 çeçen dəstəkçi qrupu var

“Hazırda Ukraynada Dudayev və antiKadırovçulardan ibarət iki könüllü çeçen batalyonu fəaliyyət göstərir. Bu batalyonlar 2014-cü ildən Donbasda Rusiyanın dəstəklədiyi separatçılara və Rusiya qüvvələrinə qarşı döyüşən Şeyx Mansur və Cövhər Dudayev batalyonlarıdır”.

İşğal başlayandan bəri ukraynalılara dəstək verən Cövhər Dudayev batalyonu dünən sosial media hesablarında mesaj yayımlayıb. Batalyon komandiri Adam Osmayev "Ukraynalılara demək istəyirəm ki, bu gün əsl çeçenlər Ukraynanı müdafiə edir. Biz Ukrayna uğrunda vuruşmuşuq və sona qədər də mübarizəmizi davam etdirəcəyik. Allahın izni ilə qələbə bizimlə olacaq. Qələbəni Moskvada, Çeçenistanda, Krım və Sevastopolda qeyd edəcəyik”.

Donbasda səkkiz illik müharibə veteranı olan Osmayevin də bu müharibədə şəxsi səbəbləri olduğu məlum olub. Onun həyat yoldaşı Aminə Okuyeva 2017-ci ildə Kiyev yaxınlığındakı bombalı hücumda rus ordusu tərəfindən öldürülüb.

"Heç bir çeçen Rusiya üçün döyüşməyəcək"

Başqa bir mənbə, "Al-Monitor" ondan Kadırovun qüvvələrinin təsvirini istəyib: "Onlar satqındırlar. Heç bir əsl çeçen 300 ildir bizi qətlə yetirən ölkə üçün döyüşə bilməz. Kadırovun əsgərlərinin çoxu döyülür, onların ailələri təhdid edilir, ona görə də xidmət etmək məcburiyyətindədirlər. Amma Rusiyaya xidmət etmək xəyanətdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.