“WhatsApp” yeni interfeysi və funksiyanı sınaqdan keçirir

15-03-2022, 10:08           
“WhatsApp” yeni interfeysi və funksiyanı sınaqdan keçirir
“WhatsApp” iOS üçün əlaqə məlumatlarının yer aldığı yeni səhifəni sınaqdan keçirməyə başlayıb.

Yenilik 22.6.0.73 beta versiyasında tətbiq edilib.

Yenilənmiş interfeys avqust ayında biznes hesabları üçün istifadıyı veriləcək.

Yeni əlaqə məlumatı səhifəsində daha böyük zəng düymələri, həmçinin mesajların axtarışı üçün yeni qısayol təqdim ediləcək.

Qeyd olunur ki, bəzi istifadəçilər bu yenilənmiş əlaqə səhifəsini hətta tətbiqin stabil versiyasında da görə bilər.

Messencer həmçinin “Yaxınlıqda biznes” adlı funksiyanı da tətbiq etməyə hazırlaşır. O, istifadəçilərə restoran, ərzaq mağazaları, geyim mağazaları və s. kimi yaxınlıqdakı biznes nöqtələrini axtarmağa imkan verəcək.

Mənbə: ferra.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru