Canlı efirdə müharibə əleyhinə plakat qaldıran jurnalist kimdir?

16-03-2022, 00:09           
Canlı efirdə müharibə əleyhinə plakat qaldıran jurnalist kimdir?
Bu gün Rusiyanın “Birinci” kanalının məşhur “Vremya” proqramının canlı efirinə girib Ukraynadakı müharibəyə etiraz plakatı qaldıran Marina Ovsyannikovanın addımı geniş rezonans doğurub.

Bəs Marina Ovsyannikova kimdir?

Demokrat.az bildirir ki, Marina Ovsyannikova “Birinci” kanalın redaktoru vəzifəsində çalışır.

Özünün səhifəsində Marina yazıb ki, 2001-2005-ci illərdə Rusiya xalq təsərrüfatı akademiyasında oxuyub və dövlət qulluğunda çalışıb. O, həmçinin Kuban dövlət universitetinin məzunudur.

Moskvada yaşayır.

“Exo Moskvı” radiosunun sabiq baş redaktoru Aleksey Venediktov özünün teleqram kanalında yazıb ki, Marina Ovsyannikova 3 uşaq anasıdır. O, Birinci kanalın informasiya proqramları redaksiyasında işləyir.

Marina canlı efirə müdaxilə etməzdən əvvəl müharibəyə etiraz edən çıxışını yazıb. Orada Marina müharibəni dayandırmağa çağırır və prezident Putini ittiham edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru