Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

16-03-2022, 10:46           
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb
Böyük Britaniyanın elm naziri Corc Friman kosmosda oksigen istehsal edən avtomatik kosmik stansiya layihəsi hazırlayacaq “Rolls-Royce” şirkətinə 2 milyon funt sterlinq qrant veriləcəyini açıqlayıb.

Ayrılan vəsait kosmosun tədqiqi üçün innovativ layihələrin işlənib hazırlanmasına və inkişaf etdirilməsinə, eləcə də Yer kürəsində həyatın yaxşılaşdırılmasına kömək edəcək.

Layihə çərçivəsində “Rolls-Royce” Britaniya Kosmik Agentliyinin mühəndisləri ilə birlikdə robot vasitəsilə kosmosda hava və suyun əldə olunmasının yeni üsulunu yaradacaq.

Bundan əlavə, Marsda yüksək radiasiyaya tab gətirə bilən texnologiyanın yaradılması, Mars və Yer arasında əlaqənin yaxşılaşdırılması, Ay süxurlarında resursların axtarışı üçün robotun yaradılması planlaşdırılır.

Mənbə: lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.