Ciddi itkilər var: “kadırovçular”ı evə qaytardılar

21-03-2022, 08:35           
Ciddi itkilər var:
Ciddi itkilərdən sonra Rusiya ordusunun çeçen döyüşçülərdən ibarət bölmələri – “kadırovçular” Qroznıya geri qaytarılıblar. Ukrayna KİV-i bu bürədə Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) istinadla xəbər verir.

“Ukrainskaya Pravda” yazır ki, Rusiya ordusunun çeçen döyüşçüləri – Çeçenistan rəhbəri Ramzan Kadırovun şərəfinə “kadırovçular” adlandırılan dəstələr müharibə zamanı yüzlərlə döyüşü itiriblər.

Azadlıq Radiosu qeyd edir ki, UTX-nin əks-kəşfiyyatı “kadırovçuların” itkilərininin sayını və komandirlərinin adlarını açıqlayıb, eləcə də onların Rusiyanın müdaxiləsində detalları barədə məlumat verib.

Rusiyanın bir çox teleqram kanalları martın 13-də Ramzan Kadırovun iştirakı ilə zirzəmidə hərbi toplantı barədə kadrları yayıb. İddia olunurdu ki, çəkiliş Ukrayna ərazisində – Kiyevdən bir neçə kilometr aralıda aparılıb. Amma kəşfiyyat əmindir ki, Kadırov Ukraynada olmayıb. Martın 13 isə məhz o gündür ki, “kadırovçular” Kiyev vilayətindən Belarusa çıxarılıb, oradan isə Çeçenistana qaytarılıb.

Qeyd edək ki, çeçen döyüşçülərinin Ukraynaya müdaxilədə iştirakı barədə müharibənin ilk günlərindən xəbərlər gəlməkdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.