Gürcüstanın xarici borcu ÜDM-in 74 faizini keçib

10-07-2025, 15:14           
Gürcüstanın xarici borcu ÜDM-in 74 faizini keçib
Gürcüstanın ümumi xarici borcu bu ilin mart ayının sonuna olan göstəricilərə görə 25 milyard beş yüz milyon dollara yüksəlib.
İqtisadiyyat.az xəbər verir ki, bu rəqəm ölkənin ümumi daxili məhsulunun (ÜDM) 74,2 faizinə bərabərdir. Məlumat Gürcüstan Milli Bankının açıqladığı rüblük hesabatda yer alıb.

Borca dair detallarda göstərilir ki, 2025-ci ilin birinci rübündə xarici borc 300 milyon dollardan çox artıb. Artımın əsas səbəbləri sırasında məzənnə dəyişikliyi (381,8 milyon dollar) və qiymət dəyişiklikləri (292 milyon dollar) qeyd edilir. Əməliyyat dəyişiklikləri borcu 19,1 milyon dollar artırsa da, digər faktorlar 91,5 milyon dollar azalma yaradıb.

Ümumi xarici borcun 11 milyard dolları dövlət sektoruna aiddir və bu, ölkənin ÜDM-nin 32 faizini təşkil edir. Dövlət borcunun içində ən böyük payı 8,5 milyard dollarlıq hökumət öhdəlikləri tutur. Həmçinin, Milli Bankın 822,8 milyon dollar, dövlət müəssisələrinin isə 449 milyon dollar istiqraz və 1,2 milyard dollar kredit borcu var.

Xarici valyutada olan borclar ümumi borcun 88,6 faizini təşkil edir. Rəsmi statistikaya əsasən, Gürcüstanın xalis xarici borcu 13,3 milyard dollar olub ki, bu da ÜDM-in 38,7 faizi deməkdir. Bu məbləğin 6,7 milyard dolları dövlətə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru