Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib - “VÇK-OQPU”
Bu gün, 12:59
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıdan Moskvaya əliboş qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələrinə yaxın olan “VÇK-OQPU” Teleqram kanalı yazıb.
Qeyd olunur ki, İlham Əliyev Rusiya prezidentinin şəxsi nümayəndəsi ilə görüşdən imtina edib.
Həmsöhbətin mənbəsinin sözlərinə görə, nazir rəsmi olaraq Bakıda fövqəladə hallar nazirlərinin dar çərçivədə keçirilən müşavirəsində iştirak edib.
Mənbənin sözlərinə görə, Kurenkov Azərbaycan prezidenti ilə qeyri-rəsmi görüş keçirmək niyyətində olub. Lakin Rusiya tərəfinə qeyri-rəsmi dialoqun olmayacağını başa salıblar və Aleksandr Kurenkov Azərbaycana səfərinin müddətini qısaltmaq məcburiyyətində qalıb.