Avropa İttifaqı peyvənd və dərman da daxil olmaqla strateji ehtiyatlar yaradacaq

10-07-2025, 12:24           
Avropa İttifaqı peyvənd və dərman da daxil olmaqla strateji ehtiyatlar yaradacaq
Avropa İttifaqı fövqəladə hallara hazırlıq məqsədilə peyvənd, dərman və digər tibbi vasitələrin ehtiyatını yaratmaq üçün yeni tədbirlər planı təqdim edib.
İqtisadiyyat.az xəbər verir ki, Aİ Komissiyasının açıqladığı strategiyaya əsasən, gələcəkdə baş verə biləcək geosiyasi gərginliklər, iqlim dəyişiklikləri, kiber və hibrid təhdidlər fonunda üzv ölkələr arasında koordinasiyalı şəkildə ehtiyat sistemi qurulacaq.

Yeni plan çərçivəsində üzv ölkələr birgə “Aİ Ehtiyat Şəbəkəsi” yaradacaq. Bu şəbəkə vasitəsilə ölkələr arasında təcili ehtiyac mallarının – o cümlədən ərzaq, su, yanacaq, dərman və sanitar vasitələrin ehtiyatı koordinasiyalı şəkildə həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru