Rus əsgərlərinin dünyanı SİLKƏLƏYƏCƏK ƏMƏLLƏRİ: - Ukraynalı qadınları uşaqlarının qarşısında..

31-03-2022, 13:08           
Rus əsgərlərinin dünyanı SİLKƏLƏYƏCƏK ƏMƏLLƏRİ: - Ukraynalı qadınları uşaqlarının qarşısında..
Avropa Parlamentinin Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin Ukraynalı qadın qaçqınların vəziyyəti ilə bağlı iclası Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohanssonun sözləri ilə yadda qalıb.

"Ukraynalı həmkarım mənə dedi ki, qadınlar uşaqlarının gözü qarşısında Rusiya əsgərləri tərəfindən sistematik şəkildə zorlanır", - Yohansson bildirib.

İndiyədək 3 milyon 800 min ukraynalının Aİ ərazisinə daxil olduğunu, onlardan 1 milyon 200 mininin qonşu ölkələrdən başqa üzvlərə səpələndiyini bildirən Yohansson, daxil olanların sayının azaldığını, yalnız 35 min nəfərin gəldiyini bildirib. Yohansson bildirib ki, AB-də ən çox ukraynalıya ev sahibliyi edən ölkələr arasında Polşa birinci, Avstriya, Çexiya, Estoniya və Macarıstan ikinci yerdədir. //milli.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.