Saakaşvilinin oğlu Amerikaya getdi

14-05-2025, 10:34           
Saakaşvilinin oğlu Amerikaya getdi
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının nümayəndə heyətinin ABŞ-yə səfərə başlayıb.

Modern.az xəbər verir ki, nümayəndə heyətinə Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvilinin oğlu Nikoloz Saakaşvili də daxil olub.

Səfərin məqsədi Bidzina İvanişvili və onun ətrafına şəxsi sanksiyaları nəzərdə tutan “MEGOBARI Aktının vaxtında qəbulunu təmin etmək üçün” Senatda görüşlər keçirməkdir.

Gürcüstanın keçmiş hakim partiyası bağlanmaq təhlükəsi ilə üzləşib. “Gürcü Arzusu” ona “Nürnberq məhkəmələri” vəd edir, keçmiş hakimiyyətin hərəkətlərini araşdırmaq üçün komissiya yaradıb və ilin sonuna kimi UNM-ni konstitusiyaya zidd partiya elan etməyi və onun fəaliyyətini qadağan etməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru