Floridada restoranın müştərisi çeklə birlikdə həyəcanlı mesaj aldı FOTO

Bu gün, 10:40           
Floridada restoranın müştərisi çeklə birlikdə həyəcanlı mesaj aldı FOTO
ABŞ-də Florida ştatının sakini, "Freddy's" fastfud restoranının piştaxtasından sifarişini götürərkən, qəbz və burgerin qablaşdırmasında yazılmış yazı onu çaşqınlığa salıb.

Bu barədə "The New York Post" məlumat verib.

Qeyd olunub ki, kişi baş vermiş hadisə ilə bağlı "Reddit" portalında paylaşım edib.

Paylaşımın müəllifinin sözlərinə görə, o, sifarişi Leyk-Uels şəhərindəki kafelərdən birində təhvil alıb. Sifarişçi kağız torba ilə birlikdə üzərində çap hərfləri ilə "help" (kömək edin - ing.) sözü yazılmış çek alıb. Eyni söz əl yazısı ilə burger qutusunun üzərinə də yazılıb. Kişi evə gəldikdən sonra öz təəccübünü sosial şəbəkədə paylaşıb. O, polisə zəng etmək istəyib, lakin tərəddüd edib. Dostu onu inandırıb ki, bu, çox güman ki, kafe işçilərinin zarafatıdır.

Portalda öz paylaşımına, o cümlədən aktiv polis əməkdaşlarının şərhlərini oxuyan şəxs hadisə barədə təcili yardım xidmətlərinə məlumat vermək qərarına gəlib və "911" nömrəsinə zəng edib.

Bir müddətdən sonra nəşrin müəllifi yazısını yeniləyib və orada yazıb ki, baş verənlər həqiqətən də işdə darıxan restoran işçisinin zarafatı olub. Kişinin paylaşımından sonra onlarla insan restoranın işçilərinin təhlükəsizliyindən əmin olmaq üçün restoranlar şəbəkəsinə zəng vurmağa başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.