Rus təyyarələri Ukraynada rahat hədəfə çevrilir – Kəşfiyyat

3-04-2022, 12:52           
Rus təyyarələri Ukraynada rahat hədəfə çevrilir – Kəşfiyyat
Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərini məhv edə bilmədi və bu da onun quruda hücum imkanlarını ciddi şəkildə sarsıtdı.

Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı aprelin 2-nə olan hesabatında qeyd olunub.

“Rusiyanın hava hücumundan müdafiə sistemlərini aşkar edib məhv edə bilməməsi onun geniş hava nəzarəti yaratmaq səylərinə ciddi zərbə vurub, bu da öz növbəsində onun bir sıra cəbhələrdə quru qoşunlarının hücumunu dəstəkləmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edib. Rusiyanın səylərinə baxmayaraq, Ukrayna rus ordusunun hava və raket əməliyyatları üçün təhlükə yaradır. Nəticədə Rusiyanın təyyarələri kiçik və orta mənzilli hava hücumundan müdafiə sistemləri üçün rahat hədəfə çevrilir ”, - hesabatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru