Dünyanın ən nüfuzlu 100 ərəbi: Siyahıda kimlər var?

11-04-2022, 09:29           
Dünyanın ən nüfuzlu 100 ərəbi: Siyahıda kimlər var?
2022-ci ildə dünyada ən nüfuzlu 100 ərəbin adını açıqlanıb.

Teref.az-ın yazdığına görə, qaynarinfo xəbər verir ki, siyahını "Gulf Business” nəşri hazırlayıb. Ən nüfuzlu ərəblər siyahısına iş adamları, incəsənət xadimləri, idmançılar və s.
Siyahının ilk pilləsində Publik İnvestisiya Fondunun rəhbəri Yasser Əl-Rumayyan qərarlaşıb. BƏƏ-nin Əbu-Dabi Milli Neft Şirkətinin icraçı direktoru Sultan bin Əhməd Əl Cabir ikinci sıranı tutur. İlk "üçlüyü" Dubay Hava Limanları və Emirates Hava Yolları şirkətinin sahibi Şeyx Əhməd bin Səid Əl Məktum qapayır.

Qətər Enerji Şirkətinin icraçı direktoru Saad bin Şerida Ək Kaabi dördüncü ən nüfuzlu ərəb hesab edilir. "Aramco”nun icraçı direktoru Amin Nasser altıncı olub.

İlk "onluq"da yalnız bir qadın var. Bu BƏƏ Kosmik Agentliyinin rəhbəri Sarah bin Yusifdir.

Məşhur misirli futbolçu Məhəmməd Salah 30-cu yeri tutub.

Siyahıda Suriya, Livan, İordaniya, Fələstin, Tunis və Mərakeş təmsilçiləri, həmçinin ABŞ, Meksika və Avropa ölkələrində fəaliyyət göstərən ərəblər də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru