Erməni kilsəsində yeni qalmaqal Arxiyepiskop Yerusəlim patriarxlığının ərazisini icarəyə verir

11-04-2022, 12:29           
Erməni kilsəsində yeni qalmaqal
Qüdsün qərbində yerləşən Erməni Patriarxlığı torpaqlarının qeyri-qanuni icarəyə verilməsi ilə bağlı ötən il baş vermiş qalmaqal hələ də səngiməyib, əksinə, erməni məhəlləsinin növbəti hissəsini icarəyə vermək cəhdi ilə bağlı xəbərlər yayılıb.
Bəlli olub ki, Erməni Apostol Kilsəsinin Qüds Patriarxlığının primatı, arxiyepiskop Nurxan Manukyan Qərbi Qüdsdəki gəlirli mülkləri iş adamlarına 99 il müddətinə icarəyə vermək niyyətindədir. Erməni Patriarxlığına məxsus torpaqda 160-a yaxın müəssisə var və monastır onlardan gələn gəlirlə yaşayır.

Kilsə xadimlərinin sözlərinə görə, patriarxlığın rəhbərliyi onun əmlakından şəxsən varlanmaq üçün istifadə edir, Manukyan və ətrafının yaxın qohumları isə əsasən kirayədən gəlir əldə edirlər.


“Arxiyepiskop Nurxan Manukyanın daşınmaz əmlakı Konqreqasiyanın qərarı olmadan icarəyə vermək hüququ yoxdur. Buna baxmayaraq, belə bir sövdələşməyə cəhd edərsə, deməli, patriarxiya etibarsız liderlərin əlindədir, - Konqreqasiyanın üzvü, arxiyepiskop A. Şirvanyan hesab edir.

Qeyd edək ki, 20-ci əsrin əvvəllərində Fələstin Osmanlı İmperiyasından qoparılaraq İngiltərənin protektoratı altına düşəndən sonra ermənilər Qüdsə köçüblər və orada öz məhəllələrini yaradıblar. İngilis müstəmləkə hakimiyyətləri bu şəhərdə torpaq almaq və kilsə tikmək üçün ermənilərə hər cür köməklik göstəriblər. Sonralar ermənilər Fələstində yaşamalarının “qədim tarixini” uyduraraq, bu torpaqlarda hətta yəhudilərdən də xeyli əvvəl yaşadıqlarını iddia ediblər.
AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.