Peyvənd orucu pozurmu? - İlahiyyatçıdan cavab

12-04-2022, 09:32           
Peyvənd orucu pozurmu? - İlahiyyatçıdan cavab
İki ildən çoxdur ki, davam edən pandemiya həyatımızın bir hissəsinə çevrilib. Koronavirusla mübarizədə tez-tez istifadə olunan dezinfeksiyaedicilərin, maye məhlulların, eyni zamanda vaksin və digər vasitələrin orucu batil edib-etmədiyi hər kəsi maraqlandıran suallardandır.

Medicina.az xəbər verir ki, trend-ə açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, gigiyena məqsədi ilə odekolon və dezinfeksiyaedici maddənin istifadəsi orucu pozmur.
“Artıq iki ildir ki, Ramazan ayı pandemiya dövrünə təsadüf edir.

Hazırda ölkə vətəndaşları arasında da koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi aparılır. Əgər vurulan iynə qidanı əvəz etmirsə, bu, orucu pozmur”, - deyə ilahiyyatçı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru