Yeddi il əvvəl itkin düşmüş qadının öldürüldüyü MƏLUM OLDU: Əmisi oğlu saxlanıldı

12-04-2022, 08:30           
Yeddi il əvvəl itkin düşmüş qadının öldürüldüyü MƏLUM OLDU: Əmisi oğlu saxlanıldı
Masallı rayonunda 7 il əvvəl itkin düşən Cəfərova Səidə Fərhad qızının öldürüldüyü məlum olub.

“Report” xəbər verir ki, hadisə ilə əlaqədar qadının əmisi oğlu, Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

İstintaqa məlum olan məlumat əsasında Cəfərova Səidə Fərhad qızının basdırıldığı ərazidə axtarış işləri aparılır. Hazırda kəndin arxa tərəfində çay kənarında axtarış işləri səbəbindən əraziyə giriş-çıxış bağlanıb.

Faktı Masallı Rayon Polis Şöbəsində təsdiq ediblər. Lakin əlavə məlumat verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.