"Yaxın iki-üç həftə ərzində Ukraynanın şərqində döyüşlər intensivləşəcək" - Britaniya kəşfiyyatı

12-04-2022, 09:53           
"Yaxın iki-üç həftə ərzində Ukraynanın şərqində döyüşlər intensivləşəcək" - Britaniya kəşfiyyatı
“Yaxın iki-üç həftə ərzində Ukraynanın şərqində döyüşlər intensivləşəcək, çünki Rusiya öz səylərini orada cəmləməyə davam edir”.
Teref.az “Report”a istinadla xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiyanın hücumları hələ də Ukraynanın Donetsk və Luqansk yaxınlığındakı mövqelərinə yönəlib. Xerson və Nikolayev ətrafında döyüşlər davam edir, həmçinin Kramatorsk yenidən hücuma məruz qalmağa başlayıb. Rusiya qüvvələri Ukraynanın şərqindəki əməliyyatlara dəstək vermək üçün Belarusdan geri çəkilməyə davam edir”, - məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru