Yuri Qaqarinin ölümündən sonra maraqlı sirrlər üzə çıxdı - FOTOLAR
12-04-2022, 22:24
![Yuri Qaqarinin ölümündən sonra maraqlı sirrlər üzə çıxdı - FOTOLAR](/uploads/posts/2022-04/1649787854_1.jpg)
Təqvimlər 1961-ci il aprelin 12-ni göstərəndə Sovet İttifaqı rusiyalı Yuri Qaqarini “Vostok 1” gəmisi ilə kosmosa göndərib. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, dünya ətrafında uğurla dövrə vuran Qaqarin kosmosa uçan ilk insan olub.
Bütün dünyada məşhur olan Qaqarin, təəssüf ki, cəmi 35 yaşındaykən təyyarə qəzasında dünyasını dəyişib. Amma Yuri Qaqarinin müəmmalı ölümü illər keçsə də, həm Rusiya hökumətini, həm də bütün dünyanı heyrətə salmağa davam edir.
Qaqarin 1968-ci il martın 27-də sınaq uçuşu həyata keçirərkən təyyarənin yerə çırpılması nəticəsində ölüb. Lakin Yuri Qaqarinin qəzası ilə bağlı ətraflı məlumat verilməyib və bu da müxtəlif sui-qəsd nəzəriyyələrini ağıla gətirib.
Bir iddiaya görə, Qaqarin qəzadan sağ çıxıb və 1990-cı illərdə bir ruhi xəstəxanada görülüb. Digər bir iddia isə Qaqarinin əslində yadplanetlilər tərəfindən qaçırıldığıdır. Bəzi nəzəriyyəçilər Qaqarinin kosmosa səyahəti zamanı UFO-larla qarşılaşdığını və dünyaya qayıtdıqdan sonra da yadplanetlilərin Qaqarini izlədiyini bildirirlər.
Bir iddiada Qaqarinin qısqanclığın qurbanı Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi olmuş Leonid İliç Brejnev Qaqarinə kifayət qədər paxıllıq edib. Qaqarin çox məşhur olduğu və siyasi həyata böyük marağı olduğu üçün Brejnevin yeri təhlükədə olub.
2007-ci il aprelin 12-də hökumət rəsmiləri yeni bir tədqiqat aparılmasını tələb etsə də, onların bu tələbi rədd edilib. DTK isə bütün ittihamları rədd edərək Qaqarinin adi bir qəzada öldüyünü və bir çox hava limanının əməkdaşlarının bunun şahidi olduğunu bildirib.
Sovet İttifaqı bu addımı ilə kosmos yarışında ciddi bir fərq yaratmışdı. Qaqarinin kosmosa göndərilməsi ilə Kosmos Əsrinə qədəm qoyulmuşdu.
Günay İsmayıllı
![](/uploads/posts/2022-04/1649787883_1.jpg)
![](/uploads/posts/2022-04/1649787838_2.jpg)