Hörümçək damarlar 10 xəstəliyin ilkin əlaməti ola bilər

13-04-2022, 10:15           
Hörümçək damarlar 10 xəstəliyin ilkin əlaməti ola bilər
Hematoloq, birinci kateqoriyalı terapevt Oleq Kuznetsov hörümçək damarların (telangiektaziyalar) meydana çıxdığı xəstəlikləri açıqlayıb. “Doktor Peter” nəşrinə müsahibəsində o, bu damarların ən azı 10 xəstəliklə bağlı orqanizmdə gedən proseslərin ilkin siqnallarından ola biləcəyini vurğulayıb.

Həkimin sözlərinə görə, əgər damarların rəngi al-qırmızı və ya bənövşəyidirsə, bunlar arteriya və ya kapilyarlardan qaynaqlanan hörümçək damarlardır, albalı-mavisi rəngindədirsə, o zaman venulalardır.

Kuznetsov xəbərdarlıq edib ki, hörümçək damarlar inkişaf etməkdə olan varikoz damar xəstəliyinin və həmçinin ən azı doqquz başqa xəstəliyin göstəricisi ola bilər ki, bunların sırasına yoluxucu xəstəliklər (HİV və AİDS, sifilis), onkoloji patologiyalar, kuperoz xəstəliyi, qaraciyərin ağır zədələnmələri (sirroz, fibroz), birləşdirici toxuma xəstəlikləri, otoimmun xarakterli patologiyalar, rozasea xəstəliyi, şəkərli diabet və ya şüa xəstəliyi ilə nəticələnən radioaktiv şüalanma daxildir.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru