Metroda ölüm halları: bu şəxslər diqqətli olsun

13-04-2022, 11:46           
Metroda ölüm halları: bu şəxslər diqqətli olsun
Ürəyində problem olan insanlarda qapalı və sıxlıq olan məkanlarda karonar damarlarda spazm yarana, infarkt keçirə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında M.A.Topcubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həkimi Sevil Tərlanova son günlərdə qapalı məkanlarda, xüsusilə də metrolarda ürək tutmasından dünyasını dəyişənlərin sayının artması barədə danışarkən deyib.

O bildirib ki, son zamanlar ekologiya və zərərli qidalarla əlaqədar ürək-damar xəstəliklərinin sayı artıb:

“Ürəyində problem olan insanlar mütləq həkim müayinəsindən keçməlidir. Kişilərdə daha çox 40, qadınlarda isə 45 yaşdan yuxarı koronar (ürək-damar xəstəliyi) problemlər başlayır. Belə xəstələr hündürlük və aşağı atmosfer təzyiqi olan yerlərdə kriz keçirə bilər”.

S.Tərlanovanın sözlərinə görə, ürək problemi olan insanlarda maskalardan istifadə də tənəffüsə mənfi təsir göstərir:

“İnsanlar maska seçimində diqqətli olmalıdır. Nəfəs verərkən maska ağızda şişirsə, bu, çox təhlükəlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru