“Mir Mövsüm Ağa” ziyarətganında qurbanlığı başqa yerdən gətirmək qadağandır

13-04-2022, 19:15           
“Mir Mövsüm Ağa” ziyarətganında qurbanlığı başqa yerdən gətirmək qadağandır
“Mir Mövsüm Ağa” ziyarətgahı Azərbaycanda insanların ən çox ziyarət etdiyi yerlərdən biridir. Yüzlərlə insan Mir Mövsüm Ağanın məzarını ziyarət edir, qurban kəsdirir, niyyətlər edir və nəzir verir. Lakin artıq bir neçə ildir ki, ziyarətgahda özbaşınalıq hökm sürür və buna da nəzarət edən qurum yoxdur.

Ziyarətgaha gedən vətəndaşlar sosial şəbəkələrdə video paylaşıblar. Qeyd edilir ki, ziyarətgaha gedənlər qurbanlıq heyvan aparsalar da, ziyarətgah əməkdaşı qurbanlıqların çəkisinin az olduğu bildirərək, gətirilən heyvanların kəsilməsinə imkan verməyib.

O da qeyd edilib ki, ziyarətgahda yalnız burada saxlanılan heyvanların qurban kəsilə bilər. Təəssüf ki, ziyarətgah daxilində isə heyvanların qiyməti bahadır. /Hurriyyet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru