Bu dərmanları almayın! Heç bir xeyri yoxdur

14-04-2022, 00:05           
Bu dərmanları almayın! Heç bir xeyri yoxdur
Bazel Universitetində (İsveçrə) çalışan alimlər sübut edirlər ki, öskürəyi dərman preparatları ilə müalicə etməyin heç bir faydası yoxdur.

Alimlərin sözlərinə görə, soyuqdəymədən sonra qalan öskürək 3 həftədən 8 həftəyə qədər tədricən keçir. Belə öskürək adətən heç bir təhlükə yaratmır.

Lakin xəstələr məhz belə öskürəyə görə tez-tez həkimlərə müraciət edir və həkimlər adətən onlara müxtəlif sirop, həb və s. öskürək əleyhinə preparatları təyin edirlər.

Teref.az-ın yazdığına görə, oxu24.com xəbər verir ki, araşdırmalar zamanı öskürəkdən əziyyət çəkən iştirakşıları 2 qrupa bölürdülər. Bir qrup öskürək dərmanı, digəri plasebo (boş həb) qəbul edirdi. Nəticədə məlum olub ki, heç bir dərman xəstənin sağalmasını sürətləndirmirdi və vəziyyətini yaxşılaşdırmırdı. Öskürək özü özündən bir neçə həftədən 2 aya qədər müddət ərzində keçirdi.

Bundan əlavə 14% xəstələrdə öskürək dərmanı yanaşı təsirlərə səbəb olub - baş ağrısı, ürəkbulanması, sinədə ağrılar və s.

Həkimlər qeyd edir ki, soyuqdəymə xəstəliyindən sonra qalan öskürək 8 həftədən çox sürdükdə, bəlğəmdə qan izləri, sinədə ağrılar əmələ gəldikdə mütləq həkimə müraciət etmək lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.