Qan qrupları uyğun olmadan ağciyər nəqli olundu - Tibdə ilk

14-04-2022, 08:23           
Qan qrupları uyğun olmadan ağciyər nəqli olundu - Tibdə ilk
Dünya tibb tarixində ilk dəfə qan uyğunluğu olmadan ağciyər nəqli edildi.
Bakupost.az xəbər verir ki, Yaponiyanın Kyoto Universitet Xəstəxanası mütəxəssisləri bir-birinə uyğun olmayan qan qrupundakı donordan ağciyər transplantasiyası həyata keçirib.
Mütəxəssislər, B qan qrupundakı ata və 0 qan qrupuna aid anadan götürülən ağciyər hissələrini 0 qan qrupuna aid olan 10 yaşlı xəstəyə uğurla köçürüblər.
Qan xərçəngi müalicəsi almış xəstənin bronxiti inkişaf etdiyindən həkimlər transplantasiya qərarı alıb.
Əməliyyatdan sonra xəstə tamamlayıcı müalicə alaraq yeriyə biləcək vəziyyətə gəlib və nəfəs aparatına ehtiyacı aradan qalxıb.
10 yaşlı xəstənin bazar ertəsi evə buraxıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru