Rusiyalılar sosial şəbəkələrdə maksimal qazanc götürmək imkanı əldə ediblər

14-04-2022, 09:54           
Rusiyalılar sosial şəbəkələrdə maksimal qazanc götürmək imkanı əldə ediblər
“VKontakte” sosial şəbəkəsi bloqqerlərə dəstək proqramının müddətini uzadaraq aprelin sonuna qədər əldə edəcəyi komissiyadan imtina edib.

Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında bildirilir.


Qeyd olunur ki, kontent yaradıcıları partnyor proqramında, bazar platformasında monetizasiyadan, “VK Donut” və videoların monetizasiyasından maksimum gəlir əldə edə biləcəklər.

Mətbuat xidmətindən bildirilib ki, dəstək proqramı bloqerlərin gəlirlərinin artması ilə nəticələnib. Belə ki, mart ayının sonuna onların bazar platformasında həftəlik qazancları 54 faizə qədər yüksəlib, “VK Donut”da 40 faiz yüksəliş olduğu halda, partnyor proqramı üzrə müəlliflər 2 dəfə artıq qazanmağa başlayıblar, videoların monetizasiyasından isə 4 dəfə artıq (293 faiz çox) qazanc əldə ediblər.

Sözügedən dəstək proqramı martın əvvəlində işə salınmışdı. “VKontakte” şəbəkəsinin hesablamalarına görə, bu proqram sayəsində müəlliflər təxminən 600 milyon rubl dəyərində qazanc əldə edə bilərlər.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru