Qara dənizdə Rusiyanın flaqmanı “Moskva” raket kreyseri belə vurulub? – DETALLAR - VİDEO

14-04-2022, 09:39           
Qara dənizdə Rusiyanın flaqmanı “Moskva” raket kreyseri belə vurulub? – DETALLAR - VİDEO
Rusiya Qara dəniz donanmasının “Moskva” kreyseri yanğından sonra baş verən sursatın partlaması nəticəsində ciddi zədələnib. Kreyserin ekipajı təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Moskva” raket kreyserində yanğın nəticəsində döyüş sursatı partlayıb. Gəmiyə ciddi ziyan dəyib. Ekipaj tamamilə təxliyə edilib", - deyə nazirlik qeyd edib.

Nazirlik yanğının səbəbinin araşdırıldığını bildirib.

Ukrayna mətbuatı isə dünən axşam saatlarında kreyserin 2 Neptun kompleksi ilə vurulduğunu yazıb. Mənbə qeyd edir ki, zərbə zamanı kreyserdə 510 ekipaj üzvü olub, ölən və yaralananların sayı dəqiqləşdirilir.

Digər rus gəmiləri kreyserə kömək etmək üçün əraziyə yaxınlaşıb. Kreyserin yandığı deyilir. Onun batmaması üçün tədbirlər görülür.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.