Bakıda 18 il əvvəl nənə və nəvənin öldürülməsi hadisəsinin üstü açılıb

14-04-2022, 11:39           
Bakıda 18 il əvvəl nənə və nəvənin öldürülməsi hadisəsinin üstü açılıb
Bakıda 18 il əvvəl nənə və nəvənin öldürülməsi hadisəsinin üstü açılıb.

18 il əvvəl – 2004-cü il aprelin 26-da 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin paytaxtın Yasamal rayonu ərazisində yaşadıqları mənzildə aşkar edilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (120.2.7. iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanılmışdır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Mərkəzində müalicə alan Anar Ağalarovun həmin cinayəti törətməsinə əsaslı şübhələr yaranmışdır.

İlkin dindirmə zamanı A.Ağalarov hadisəni xalası oğlu mərhum Teymur Məmmədovla birlikdə törətdiyini etiraf etmişdir.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru