Rusiyanın ən bahalı itkiləri açıqlandı - SİYAHI

15-04-2022, 08:15           
Rusiyanın ən bahalı itkiləri açıqlandı - SİYAHI
"Moskva" raket kreyseri Ukraynada müharibənin başlamasından indiyədək Rusiyanın ən bahalı itkisi olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Gəminin ümumi dəyərinin 750 milyon dollar olduğu bildirilir.

Ukrayna tərəfi gəminin yerli istehsal "Neptun" raketləri ilə vurulduğunu bildirir. Rusiya gəmidə hələlik bilinməyən səbəbdən yanğın çıxdığını və döyüş sursatlarının partladığını qeyd edir.

"Forbes" müharibənin başlanmasından bəri Rusiyanın ən bahalı itkilərini açıqlayıb.

- "Moskva" raket kreyseri - 750 milyon dollar.

- İl-76 nəqliyyat təyyarəsi - 86 milyon dollar.

- Böyük desant gəmisi - 75 milyon dollar.

- 10 ədəd Su-30SM qırıcısı - 50 milyon dollar.

- 20 qırıcı-bombardmançı - 40 milyon dollar.

- 3 ədəd Su-35 qırıcısı - 32 milyon dollar.

- İl-22PP elektron döyüş təyyarəsi - 30 milyon dollar.

- 10 ədəd Ka-52 helikopterləri - 16 milyon dollar.

- Ka-50 hücum helikopterləri - 16 milyon dollar.

- "Pantsir-S1" zenit-raket kompleksi - 14 milyon dollar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru